AZƏRBƏRPA

ELMİ-TƏDQİQAT LAYİHƏ İNSTİTUTU

Son Xəbərlər

 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

18 aprel Beynəlxalq abidələr və Tarixi yerlər günüdür. 1993-cü ildən YUNESKOnun təşəbbüsüilə keçirilən bu gün Azərbaycanda da geniş miqyasda qeyd olunur. Bütün muzeylər, tarixi yerlər və qoruqlarda açıq qapı günü keçirilir.

Qeyd edək ki, respublikamızın ərazisində 6308 daşınmaz tarixi və mədəniyyət abidələri var. Bunun da 2034-ü ölkə, 4209-u yerli, 65-i isə dünya əhəmiyyətlidir.

Bununla bağlı olaraq “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun kollektivi abidələri sevən və onun qorunmasında iştirak edən hər bir kəsi təbrik edir.

 


  

 İlham Əliyev Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Məlumat verildi ki, hazırda Xan evi kimi tanınan bu nadir bina Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilib. Bina fransız memarları tərəfindən layihələndirilib və tikinti işləri onların rəhbərliyi ilə aparılıb. Binanı xarici və yerli ustalar inşa ediblər. Tikinti materialları isə Bakıdan gəmi ilə daşınıb. Xan evinin tikintisində Şərq və Qərb memarlıq üslubundan istifadə edilib, kərpic və ağ daş materiallarına üstünlük verilib. Üçmərtəbəli bina 12 otaqdan ibarətdir. Sahəsi 812 kvadratmetr olan Xan evi 1913-cü ildə Lənkəranda ilk dəfə xüsusi elektrik qurğusu quraşdırılmaqla elektrik enerjisi ilə təmin edilib. 1978-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Uzun illər təmir edilmədən fəaliyyət göstərən muzey binası, tədricən aşınıb, dam örtüyü sıradan çıxıb, mərtəbələrarası örtüklər, döşəmələr, qapılar, pəncərələr keyfiyyətini itirərək yararsız vəziyyətə düşmüşdü.

Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılıb. Layihə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssislərinə tapşırılmşdırş. İnstitutun memarları inşaat işlərini yüksək səviyyədə aparmış və bu ilin aprel ayında başa çatdırmışdılar.

 


  

Prezident İlham Əliyev Bərdəyə səfəri zamanı
Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub.

Qeyd edək ki, 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndələrindən olan Əhməd bin Əyyub Əl Hafiz Naxçıvani tərəfindən inşa olunmuş və hündürlüyü 12,5 metr olan türbənin yerüstü hissəsi üç əsas memarlıq quruluşundan ibarətdir.

Türbə daşdan hörülmüş kürsülük, dairəvi gövdə və çadırvarı günbəzdən, yeraltı hissəsində dəfn üçün ayrılmış sərdabadan, yerüstü hissəsi isə xatirə abidəsindən ibarət olub. Bolşeviklərin Azərbaycanı işğal etmələrindən sonra abidənin kitabələri dağıdılıb, üzərində ərəb əlifbası ilə yazılan sözlərin bir hissəsi silinib. Uzun illər baxımsız qalan türbənin qala qapıları uçub dağılmış, özü bərbad vəziyyətə düşmüş, həyətyanı sahədə ağaclar qurumuş və yaxud qırılıb məhv edilmişdi. Abidənin ərazisinin xeyli hissəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunaraq müxtəlif məqsədlər üçün istifadə edilirdi.

Sonralar tariximizin yadigarı, əsrlər boyu yadelli istilaçılara boyun əyməyib bu günümüzədək gəlib çıxan türbənin ətrafı təmizlənmiş, zəbt olunmuş həyətyanı sahələr geri alınmış və bir sıra əlavə işlər görülmüşdü. Buna baxmayaraq, türbənin bərpası və təmiri mümkün olmamışdı.

Nəhayət tarixi keçmişimizə, abidələrimizə həssaslıqla yanaşan Prezident İlham Əliyevin göstərişi ilə 2011-ci ildə Bərdə rayonunda başlanan genişmiqyaslı abadlıq və bərpa işləri türbənin təmirini gündəmə gətirmişdir. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bərdə türbəsində bərpa işlərinə başlanıb və bu proses davam etdirilir. Bərpaçılar tarixi abidəni əzəli görkəminə qaytarmaq üçün qiymətli tikinti materiallarından istifadə edirlər. Həyətyanı sahədə abadlıq-tikinti işləri aparılır.

Türbədə aparılan işlərlə bağlı Bərdə şəhərinin icra başçısı Vidadi Əliyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstutunun direktoru Telman Kərimli ölkə başçısına məlumat vermişdir.

 


  

Prezident İlham Əliyev Bərdədə Heydər Əliyev adına park-bulvarın açılış mərasimində iştirak etmişdir 

Martın 12-də Bərdədə Heydər Əliyev adına park-bulvarın açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı park-bulvarın rəmzi açılışını bildirən lenti kəsdi. 

Ölkənin ümumi inkişaf tempinə uyğun olaraq sürətlə müasirləşən və gözəlləşən Bərdə şəhərində yeni park-bulvar kompleksi yaradılıb. Ulu öndər Heydər Əliyevin adını daşıyan bu kompleks Gəncə şəhərindəkindən sonra ən böyük mədəniyyət və istirahət mərkəzlərindən biridir. Uzunluğu 2400 metr olan park-bulvar kompleksi ilkin mərhələdə 47 hektar ərazini əhatə edir və gələcəkdə daha da genişləndiriləcək. Parkın giriş qapısı öz əzəməti ilə diqqəti cəlb edir. Eni 36 metr, hündürlüyü 12 metr olan giriş qapısı milli memarlıq üslubunda ucaldılıb. Kompleksə əlavə 6 istiqamətdən giriş qapısı tikilib. İnşaat işləri aparılarkən Bərdənin qədim tarixini özündə yaşadan abidələrə xüsusi həssaslıqla yanaşılıb. Belə ki, Tərtər çayının yatağında göl və şəlalələr yaradılarkən VII əsrə aid nadir tarixi tikilinin qalıqları saxlanılıb. Abidəyə iki istiqamətdən asma körpü çəkilib. On iki fəvvarənin bir-birinə körpülər vasitəsilə birləşdirilməsi parkın ecazkarlığını daha da artırır. 

Parkın mərkəzində ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. 

Burada dövlətimizin başçısına Bərdə şəhərində Tərtər çayı üzərində tikiləcək yeni asma körpünün layihəsi təqdim olundu 

Hazırda mövcud olan körpünün əvəzində tikiləcək yeni qurğunun uzunluğu 128 metr, eni 18,5 metr olacaq.

Prezident İlham Əliyevə, həmçinin tikilməsi nəzərdə tutulan Qarabağ dövlət tarix muzeyinin eskiz layihələri də təqdim olundu.

Prezident İlham Əliyev parkın ərazisində qorunan qədim körpü qalıqlarına baxdı.

 

 


 

 

"Abidələrin pasportlaşdırılması" işi davam edir

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş “ Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı ”nın icrası ilə əlaqədar “ Azərbərpa ” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən “Tarix və mədəniyyət abidələrinin pasportlarının və müvafiq xəritə və proqram təminatının hazırlanması” işləri davam etdirilir. Hazırlanmış pasportların qəbulu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən  komissiya yaradılmışdır. Komissiya üzvləri İnstitutun mütəxəssisləri  tərəfindən işlənilən 50 ədəd pasportlar müvafiq qaydada yoxlanılaraq qəbul edilmişdir. Pasportları hazırlanan H.Z.Tağıyevin Bağ evi-Mərdəkan qəsəbəsi, ŞəkiXanovların Evi-Şəki şəhəri, Məscid Səlyan-Səlyan rayonu, Diri Baba Türbəsi-Mərəzə, Qobustan rayonu, Kukla Teatrı-Bakı şəhəri, “Allah-Allah” Türbəsi-Bərdə rayonu və s. göstərmək olar. 

                                         

Bakı şəhəri, Kukla teatrı

Mərdəkan Qəsəbəsi, H.Z.Tağıyevin ev muzeyi

Şəki şəhəri, ŞəkiXanovlar evi

Qobustan rayonu, Diri-Baba

Bərdə rayonu, Allah-Allah türbəsi

Səlyan rayonu, Səlyan Məscidi

 

 

 

 

 

 

 

 

 

 

 

 

             

 


 

Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyev Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında fərmanı

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəznində olan Tikilən Obyektlərin Birləşmiş Müdriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılsın.
2. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi” təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin aparatının işçilərinin say həddi 23 ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barəd altı ay müddətində Azərbaycan Respublikasınının Prezidentinə məlumat verilsin;
4.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyətinin təşkili ilə bağlı zəruri məliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
4.5. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təşkili məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2014-cü il. 

 


  YUNESKO –nun nümayəndələri Azərbaycanda

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “Azərbərpa”  Elmi-Tədqiqat  Layihə İnstitutu  arasında bağlanmış müqaviləyə görə  Şəki şəhəri “Yuxarı Baş” Dövlət Tarix Memarlıq Qoruğunun YUN ESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi məqsədilə uzunmüddətli idarəetmə planı və Şəki şəhəri  “Yuxarı Baş”  Dövlət Tarix Memarlıq Qoruğunun YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi məqsədilə ilkin fəaliyyət planı hazırlanır . Bu məqsədlə İnstitutla bağlanmış müqaviləyə əsasən  YUNESKO-nun eksperti, məsləhətçi  Professor, Doktor. Jukka Jokilehto və  xanım Mehr Azar Soheil Jokilehto  ölkəmizə qonaq olmuşdular.

Hazırlanmış sənədlərin müzakirəsində  İnstitutun direktoru Telman Kərimli, baş memarı Leyla Hüseynova, memarı Uğur Qiyası və  Memarlıq və İnşaat İnstitutunun dosenti Səbinə Hacıyeva  iştirak etdilər. Müzakirələr zamanı sənədlərin müvafiq qaydada hazırlandığı qeyd olundu və işlərin davam edilməsi vacib hesab olundu. Cənab Jokilehto öz məsləhət və tövsiyyələrini verdi.  

Daha sonra İnstitutun direktoru Telman Kərimli, baş memarı Leyla Hüseynova  və memarı Uğur Qiyası  cənab Jokilehto və xanım Jokilehto ilə birgə Şəki şəhərinə ezamiyyə olundular və obyektlərə yerində baxış keçirdilər.

 


 Institutun nümayəndələri İtaliyada

Italiya-Azərbaycan Assosiasiyasının  idarə heyətinin üzvü cənab Luçio Perronenin dəvəti ilə  12.05.2014-cü il tarixindən 17.05.2014-cü il tarixinə qədər İtaliyanın Puglia bölgəsinin Leççe şəhərində  infotur  və B2B görüşlərinin keçirilməsi məqsədilə  “Azərbərpa”  Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman  Kərimli və İnstitutun xarici dil mütəxəssisi Afət Yunusova həmin tədbirdə iştirak etmişdilər. Eyni zamanda səfər zamanı Puglia əyalətində yerləşən tarixi-mədəni  abidələrə,  o cümlədən Leççe şəhərində Assunta Kilsəsinə, Roman Anfiteatrına, Karlo Qəsrinə, Çezareo Limanına, və həmçinin  Brindisi şəhərində Nerveyna Kilsəsinə, YUNESKO-nun Dünya Mədəni İrs siyahısına salınmış  Alberobello şəhərciyinə və s. baxış keçirilmişdi. Baxış zamanı abidələrin bərpası və qorunması barəsində bir çox maraqlı məlumatlar əldə olunmuşdu.

 


 İnstitutun nümayəndələri  Rusiya Federasiyası, Tatarıstan Respublikası, Kazan Şəhərində

14-16 avqust 2014 –cü il tarixlərində “Azərbərpa”  Elmi-Tədqiqat Layihə İnstitutunun  baş memarı  Leyla Hüseynova VI Beynəlxalq Türk Dünyasının Tarixi-Mədəni İrsinin Tədqiqi, Qorunması və Bərpası Bolqar Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərinə  ezam edilmişdir. Forumda Türksoy Beynəlxalq Türk Mədəniyyəti təşkilatına üzv olan ölkələrdən nümayəndələr iştirak etmiş və onlar  ölkələrində abidələrin tədqiqi və qorunması haqqında məruzələrlə çıxış etmişlər.

İştirakçılar 2014 –cü ildə YUNESKO Mədəni İrsi siyahısına qəbul olunan Bolqar Dövlət Tarixi –Memarlıq qoruğuna  getmiş,  şəhərin abidələri ilə və orada  aparılan tədqiqat işləri ilə və həmçinin  muzeyləri  ilə də tanış olmuşdular. 16avqust tarixində  Forumun iştirakçıları Sviyazhsk adasına gedib, Sviyazhsk  kəndinin abidələri və turizmin necə təşkil olunması ilə tanış olmuşdular.