AZƏRBƏRPA

ELMİ-TƏDQİQAT LAYİHƏ İNSTİTUTU

Italiya-Azərbaycan Assosiasiyasının  idarə heyətinin üzvü cənab Luçio Perronenin dəvəti ilə  12.05.2014-cü il tarixindən 17.05.2014-cü il tarixinə qədər İtaliyanın Puglia bölgəsinin Leççe şəhərində  infotur  və B2B görüşlərinin keçirilməsi məqsədilə  “Azərbərpa”  Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman  Kərimli və İnstitutun xarici dil mütəxəssisi Afət Yunusova həmin tədbirdə iştirak etmişdilər. Eyni zamanda səfər zamanı Puglia əyalətində...

Ardını oxu...


Salyan şəhərindəki Cümə məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi mühafizə olunur. Məscid 1865-1866-cı illərdə (hicri tarixi ilə 1283-cü ildə) Hacı Mehdinin oğlu Ağa Hüseynin adına usta Kərbəlayı Əbu Əkbər tərəfindən inşa olunmuşdur. Məscid planda düzbucaqlıdır və uzununa üç hissəyə bölünmüşdür. Mehrab eninə ox üzərindədir və sağ və sol tərəfində müvafiq olaraq doqquz seksiya yerləşir (şəkil l).

Ardını oxu...

Azərbaycan Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasına elmi baxışın formalaşması əsasən 1920-ci illərdən başlanmışdır. Xalq Maarif Komissarlığının 24 may 1920-ci il Kollegiya Qərarına əsasən Məktəbdənkənar Təhsil şöbəsində “Abidənin mühafizəsi” yarımşöbəsinin yaradılması qərara alındı. Bundan sonra respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin əsasən öyrənilməsi istiqamətində işlər aparıldı. Bu məqsədlə ilk növbədə mütəxəssislərdən ibarət elmi-arxeoloji ekspedisiyasının yaradılması vacib idi.

Ardını oxu...

QARABAĞ qədim Azərbaycan torpağı, sivilizasiyaların ilk mərkəzlərindən biridir. Bu Azıx, Tağlar mağarası və s. kimi arxeoloji tapıntılarda da öz əksini tapmışdır. Qarabağ qədim zamanlarda əsasən Türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tərkib hissəsidir. Orta əsrlərdə, Azərbaycanda bir neçə dövlət forması olmuşdur ki, Qarabağ Atabəylər, Eldəgizlər, Qara-qoyunlu, Ağ-Qoyunlu, Səfəvilər dövlətlərinin bir parçası kimi tarix səhnəsində özünə yer tutmuşdur.

Ardını oxu...