AZƏRBƏRPA

ELMİ-TƏDQİQAT LAYİHƏ İNSTİTUTU

Azərbərpa haqqında

"Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1992-ci il tarixli 500 saylı qərarına uyğun olaraq Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin 30 noyabr 1992-ci il tarixli 2 saylı əmrinə əsasən Elmi-Layihə Bürosunun və Xüsusi Elmi-Bərpa Emalatxanasının bazaları əsasında yaradılmışdır. İnstitut Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2000-ci il tarixli 270 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən və respublikada memarlıq və şəhərsalma abidələrinin elmi-bərpa layihələrini hazırlayan yeganə təşkilat olan “Azərbərpa” ETLİ-nin arxivində son 60 il ərzində tədqiq edilmiş yüzlərlə memarlıq abidələrinin dəqiq ölçü cizgiləri, bərpa layihələri, pasportları, maketləri və fotoları saxlanılır. Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərindəki memarlıq irsi haqqında da dəqiq məlumatlar və həmin abidələrin ölçü cizgiləri bizim arxivdə qorunub saxlanılır.

“Azərbərpa” ETLİ YUNESCO, İCCROM, İCOMOS və abidələrin qorunması ilə bağlı müvafiq digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, abidələrin Dünya Mədəni İrs siyahısına salınması məqsədilə müvafiq sənədləri tərtib edir. Bu zəmindən Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri Şəhər Dövlət Tarixi-Memarlıq Qoruğu və Qobustan Milli Tarix Bədii Qoruğunu misal göstərmək olar.

“Azərbərpa” ETLİ-nin təşkilati strukturu

Son illərdə “Azərbərpa” ETLİ tərəfindən icra edilmiş işlər

“Azərbərpa” ETLİ-nin göstərgiyi xidmətlər