AZƏRBƏRPA

ELMİ-TƏDQİQAT LAYİHƏ İNSTİTUTU

Xidmətlər

Xidmətlərimiz

"Azərbərpa" ETLİ tarixi-memarlıq abidələri haqqında məlumatların toplanmasından başlayaraq abidələrin bərpa layihəsinə, onun inkişaf layihəsinə və yeni tikililərin layihələndirilməsinə qədər tam spektrdə xidmətlər təklif edir. Mütəxəssislərimiz tərəfindən sifarişçinin verdiyi texniki tapşırığa əsasən həm arxivimizdə illər boyu toplanmış materiallara, həm də tarixi sənədlərə, biblioqrafik yazılara istinad edən tarixi arayışın verilməsindən tutmuş, tarixi memarlıq abidələrinin monitorinqi, abidələrinin həm coğrafi, həm də həndəsi ölçü işlərinin təyin olunması ilə onun bərpa layihəsinin işlənməsinə qədər olan istənilən layihələndirmə işini tam professionallıqla icra edə bilərlər.

"Azərbərpa" ETLİ sifarişçiyə ayrılıqda və ya kompleks şəklində aşağıda sadalanan əsas xidmətləri təklif edir:

  • Abidələr haqqında məlumatların toplanması, tarixi arayışın yazılması; 
  • Sifarişçinin texniki tapşırığına əsasən tarixi-memarlıq abidələrinin müxtəlif tərkibdə monitorinqi;
  • Sifariş əsasında tarixi-memarlıq abidəsi barədə arxiv materiallarının surətinin çıxarılması və təqdim edilməsi; 
  • Abidələrin mühafizə zonalarının hazırlanması; 
  • Tarixi-memarlıq abidələrinin həm coğrafi, həm də həndəsi ölçü işlərinin aparılması; 
  • Tarixi-memarlıq abidələrinin bərpa layihəsinin hazırlanması;
  • Abidələrin pasportlarının hazırlanması;
  • Yeni tikililərin layihələndirilməsi; 
  • Tarixi-memarlıq abidələrinin inkişaf layihəsi; 
  • Abidə daxili və abidənin hüdudları ətrafında mühəndis-kommunikasiya layihələrinin işlənib hazırlanması;
  • Layihələrin ekspertizası;